SON DƏQİQƏ
» » ŞOK: İranın ikinci adamı da koronavirusa yoluxdu

ŞOK: İranın ikinci adamı da koronavirusa yoluxdu

Tarix:

4-03-2020, 15:53

/ 1 855 dəfə oxundu.
ŞOK: İranın ikinci adamı da koronavirusa yoluxdu

İranın birinci vitse-prezidenti İsaq Cahangiri yeni tip koronavirusa yoluxub.

Bu barədə “Əl-Ərəbiə” telekanalı informasiya yayıb.

Bildirilib ki, İranın hökumət rəsmisi ailəsi ilə birgə evdə karantin altındadır.

İranda son olaraq Sənaye, mədən və ticarət naziri Rza Rəhmanidə koronavirus aşkarlanıb. Daha əvvəl Səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq Ədliyyə naziri Mustafa Purməhəmmədi, həmçinin parlamentin 23 deputatında yeni tip virus aşkarlanmışdı.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 576-ya çatıb. Bunların 51 070 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ