SON DƏQİQƏ
» » İranla sərhəd bağlandı - Koronavirus təhlükəsi

İranla sərhəd bağlandı - Koronavirus təhlükəsi

Tarix:

20-02-2020, 22:43

/ 1 446 dəfə oxundu.
İranla sərhəd bağlandı - Koronavirus təhlükəsi

İraqın Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb.

GunAz.az xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib.

Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər.

Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ