SON DƏQİQƏ
» » Çin və Qırğızıstan sərhədində güclü zəlzələ oldu - 5.6 bal

Çin və Qırğızıstan sərhədində güclü zəlzələ oldu - 5.6 bal

Tarix:

15-02-2020, 15:21

/ 1 798 dəfə oxundu.
Çin və Qırğızıstan sərhədində güclü zəlzələ oldu - 5.6 bal

Bu gün Çin və Qırğızıstan sərhədində 5.6 bal gücündə zəlzələ baş verib.

GunAz.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər xəbər verir ki, bu haqda Qazaxıstan Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin eksperimental-metodik seysmoloji ekspedisiyası məlumat yayıb.

Zəlzələ Alma-Atadan 242 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin mərkəzi 5 kilometr dərinlikdə olub.

Alma-Ata şəhərində isə zəlzələnin gücü 2 bal gücündə qeydə alınıb və sakinlər tərəfindən hiss olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ