SON DƏQİQƏ
» » Qara dənizdə Rusiyaya bu ölkə müqavimət göstərəcək - Kiyevin təklifi

Qara dənizdə Rusiyaya bu ölkə müqavimət göstərəcək - Kiyevin təklifi

Tarix:

15-02-2020, 11:05

/ 1 899 dəfə oxundu.
Qara dənizdə Rusiyaya bu ölkə müqavimət göstərəcək - Kiyevin təklifi

Ukrayna Rumıniyaya Qara dənizdə ümumi təhlükələrə qarşı durmaq üçün hərbi dəniz sahəsində əməkdaşlığı gücləndirməyi təklif edib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın müdafiə naziri Aleksey Zaqorodnyuk Telegram kanalında yayıb.

Ukrayna və Rumıniya tərəfləri Rusiyanın Qara dəniz regionunda hərəkətlərindən narahatdırlar, deyə Ukraynanın müdafiə naziri bildirib.

Bildirilir ki, Zaqorodnyukun Rumıniyanın müdafiə naziri Nikolaye-İonela Çuke ilə görüşü çərçivəsində tərəflər regionda dəniz və hava vəziyyəti ilə bağlı məlumat mübadiləsinin mümkünlüyünü müzakirə ediblər.

Ukraynalı nazirin sözlərinə görə, bu cür tədbirlər təhdidlərə daha effektiv reaksiya verməyə imkan verəcək.

O, Rumıniyada Ukrayna tərəfinin NATO-nun geniş imkanlar proqramına qoşulmaq istəyinin dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ