SON DƏQİQƏ

AŞPA Azərbaycana lazımdırmı? - VİDEO

Tarix:

6-02-2020, 20:32

/ 1 869 dəfə oxundu.
AŞPA Azərbaycana lazımdırmı? - VİDEO

Dövlət başçısının AŞPA-nı tənqid edən çıxışı ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Lazım olanda ölkələrdəki neqativ halları görməzdən gələn qurum hədəf kimi seçdiyi ölkələrdə isə heç bir müsbət addımı görmür. Ekspertlər düşünür ki, Azərbaycanın bu təşkilata ehtiyacı yoxdur.

Prezident İlham Əliyev Avropa Şurasını sərt tənqid etdi. Dövlət başçısının bu yanaşması təbii ki təsadüfi deyil. Çünki, Avropa Şurası faktiki olaraq dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilat öz daxilində dəyişikliklər etmək əvəzinə Azərbaycanı siyasi sifariş əsasında hədəf seçir və ölkə haqqında əsası olmayan məlumatlar yayır. Avropa ŞurasındaAzərbaycan sanki geridə qalmış ölkə kimi təqdim edilir, ölkədə gedən müsbət proseslər qeydə alınmır.

Ən maraqlısı isə budur ki, hər zaman Azərbaycanı təzyiq altında saxlamağa çalışan bu təşkilat uzaq yox, elə Azərbaycanın qonşuluğunda yerləşən Ermənistan və Gürcüstanda baş verən neqativ halları görməzlikdən gəlir. Məsələn, Ermənistanda sabiq prezident hazırda istintaqa cəlb olunub, ölkədə Paşinyana qarşı çıxan hər kəs zorakılıqlara, təzyiqlərə məruz qalır.

Bundan başqa "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini və "Hayneəs.am" saytının kordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da Yerevanda "Nubaraşen" həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb.

Gürcüstanda isəsabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də "Qalib Gürcüstan" siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif"Qalib Gürcüstan" siyasi hərəkatınınliderlərindən olan Quram Çalaqaşvili həbs edilib. Ancaq AŞPA bu hadisələrlə bağlı hələ də heç bir münasibət açıqlamayıb.Üstəlik Avropanın bir sıra ölkələrində zor gücünə dağıdılan aksiyaları, insanların xəsarət almasını bütün dünya izləsə də bunlar da qurumun hesabatlarının heç birində qeydə alınmayıb.

Nəticə isə budur ki, münasibətlərin bu vəziyyətə gətirilməsinə görə Azərbaycan yox, düşünməli olan Avropa Şurasıdır. Çünki, Azərbaycanın heç bir nüfuz sahibi olmayan və ancaq ikili yanaşma sərgiləyən bir təşkilata ehtiyacı yoxdur. Rusiyaya qarşı sanksiyalar tətbiq edib onu səs hüququndan məhrum edən AŞPA sonda öz qərarını ləğv edərək nə dərəcədə qətiyyətsiz bir qurum olduğunu bütün dünyaya nümayiş etdirib…

https://youtu.be/sVe6QR86P5c

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ