SON DƏQİQƏ
» » İran Çindəki 50 vətəndaşını təxliyə etdi

İran Çindəki 50 vətəndaşını təxliyə etdi

Tarix:

5-02-2020, 15:02

/ 1 283 dəfə oxundu.
İran Çindəki 50 vətəndaşını təxliyə etdi

İran koronavirus epidemiyasının başladığı Çinin Vuhan şəhərindən 50 vətəndaşını təxliyə edib.

İranlı Tələbələr Xəbər Agentliyinə (İSNA) danışan İran Səhiyyə nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cihanpur "ölkəyə gətirilən vətəndaşlar hava limanında ilk müayinədən sonra karantin üçün hazırlanan yerə aparılıb" deyib. 
Cihanpur, ehtiyyat tədbirləri məqsədi ilə şəxslərin 14 gün nəzarət altında olacağını bildirib. 
Digər tərəfdən, İran Səhiyyə nazirliyinin Yoluxucu Xəstəliklər Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Guya, Çindən gətirilən 50 nəfərdə koronavirus tapılmadığını söyləyib. 
İranın Səhiyyə nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Cihanpur, bazar günü Çinin Vuhan şəhərindən əksəriyyəti tələbələrin olduğu 80 iranlının da ölkəyə gətiriləcəyini açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ