SON DƏQİQƏ
» » Çində dəhşətli görüntülər - Ölənlərin sayı artır, virus ölkəyə yayılır - VİDEO

Çində dəhşətli görüntülər - Ölənlərin sayı artır, virus ölkəyə yayılır - VİDEO

Tarix:

30-01-2020, 14:42

/ 2 719 dəfə oxundu.
Çində dəhşətli görüntülər - Ölənlərin sayı artır, virus ölkəyə yayılır - VİDEO

Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusa yoluxanların sayı durmadan artır.

Virus Çinin bütün əyalətlərinə yayılıb. Beləliklə də, ölkədə "nCoV" virusundan əziyyət çəkənlərin sayı 7,711 nəfərə çatıb.

Virusdan ölənlərin sayı isə 170 nəfərə çatıb.

Qeyd edək ki, alimlər koronavirus "nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.

Dünya Səhiyyə Təşkilatı da "nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan "nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

"nCoV”-dan da yeni MERS və SARS qorxunc virusları törəyir. Elm adamları bildirirlər ki, bu viruslara yoluxma insanlarda 90 faiz ehtimalla ölümlə nəticələnə bilər.

İndiyə qədər bu viruslara yoluxanların 35 faizi ölüb.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər