SON DƏQİQƏ

Honq Konq və Çin münasibətləri ÖZƏL

Tarix:

30-01-2020, 11:38

/ 3 742 dəfə oxundu.
Honq Konq və Çin münasibətləri ÖZƏL

Avstraliyada təhsil alarkən Honq Konqdan olan qrup yoldaşlarım vardı. Bu şəkli qrup yoldaşlarımdan biri paylaşıb, hər il Honq Konqda Tiananmen hadisələrinin ildönümü bu formada qeyd edilir.

Xatırlatmaq istəyirəm ki, Hong Kong 1997-ci ildən bəri İngiltərədən Çinə təhvil verilib və Çinin tərkibində muxtariyyətdir. Bəs Honq Konqu Çindən ayıran nədir?

1989-cu il bu gün “Tiananmen” meydanında tələbələr tərəfindən sistemə qarşı etiraz başlanmış və Çin hakimiyyəti tərəfindən amansızlıqla yatırılmışdır. Media senzurası nəticəsində ölən insanların sayı tam bilinmir, təxm 2600ə qədər olduğu deyilir. Dünyanın ən məşhur şəkillərindən biri olan “naməlum şəxs tanklar qarşısında” da o gün çəkilib. (şəkil aşağıda)

Honq Konq və Çin münasibətləri ÖZƏL

 

Çində bu hadisə baş verərkən Honq Konq hələ İngilis müstəmləkəsi idi və demokratik institutlar vasitəsi ilə idarə edilirdi. Honq Konqun tək şəhər olaraq iqtisadi gücü bütün Çinin 1/4ü qədər idi.

1997-ci ildə Honq Konqun 100 illik icarəsi bitdi (bu barədə daha sonra) və İngiltərə ilə Çin masaya oturub bundan sonra necə olacağı barədə qərar verdilər. Honq Konq bütün daxili sistemini (demokratik seçkilər, azad media, insan hüquqları) saxlamaqla Çinə keçdi. Çin razı oldu.

Çin ilk illər Honq Konqa dəymədi, çünki iqtisadiyyatı Honq Konqdan güclü asılı idi və Honq Konq ticarət habı idi, lakin illər keçdikcə Çinlilər sistemi öyrənməyə başladılar və sənayeləşmə sürətləndi. Pekin, Şanxay, Quançjou, Şenzen kimi şəhərlər ortaya çıxdı.

Artıq Honq Konqun iqtisadiyyatda payı azalmışdı və o qədər də önəmli deyildi. Və Çin öz planını həyata keçirməyə başladı. İlk öncə mediaya təsir, sonra aktivistlərin gizlin tutulub yox edilməsi və s.

Bildiyiniz kimi Çinin iki dil sistemi var, demək olar ki bütün ölkədə simplified deyilən Mandarin dilində danışılır, amma Honq Konqlular traditional Cantonese istifadə edir. Çox maraqlıdır ki bu dillər çox fərqlidi və demək olar ki bir birini anlaya bilmirlər.

Çin höküməti Honq Konq kanalında Mandarin dilində ayımlar verməyə başladı və verilişlərdə artıq Çinin təsiri, Honq Konqun Çinin ayrılmaz hissəsi olduğu mesajı verilirdi.

2014-cü ildə isə Çinin Honq Konqun seçkilərinə qarışmaq istəməsi stəkanı daşıran damla oldu və etirazlar başladı. Çin polisi və ordusu zor tətbiq etdi, Gəzi hadisələrinə bənzər hadisələr oldu. Etirazçılar bibər qazından qorunmaq üçün çətirlər istifadə etdilər (Umbrella Movement)

Etirazlar 3 aydan çox çəkdi və 100.000 nəfərə yaxın adam iştirak etdi. Etirazlardan sonra Çin hakimiyyəti və Honq Konq cəmiyyəti arasında münasibətlər daha da kəskinləşdi və kəskin olaraq qalır.

Hər il Honq Konq əhalisi bugün şəhərin ən böyük parkı “Victoria Parkı”na toplaşaraq Tiananmen qurbanlarını və demokratiyanın boğulmasını və irticaya qarşı dirənişi yad edirlər. Bu il isə 30 illik ildönümüdür. Bəlkə də 40-cı il olmayacaq. Çin hər gün daha da güclənir.

https://youtu.be/StW7oGSR_Mg

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ