SON DƏQİQƏ
» » Çin XİN Honq Konq qanununa görə ABŞ-ın Pekindəki səfirini çağırıb

Çin XİN Honq Konq qanununa görə ABŞ-ın Pekindəki səfirini çağırıb

Tarix:

28-11-2019, 18:50

/ 1 330 dəfə oxundu.
Çin XİN Honq Konq qanununa görə ABŞ-ın Pekindəki səfirini çağırıb

Çin Xarici İşlər Nazirinin müavini Le Yuyçen ABŞ-ın Pekindəki səfiri Terry Branstedi nazirliyə çağırıb və ABŞ prezidenti Donald Tramp tərəfindən "Hong Kongda insan hüquqlarının və demokratiyanın qorunması haqqında" qanunun imzalanmasına etirazını bildirib.

GunAz.az RT-yə istinadla xəbər verir ki, Yuyçen bunun "Hong Kongun işlərinə ciddi müdaxilə, Çinin daxili işlərinə ciddi müdaxilə və beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl prinsiplərinin ciddi şəkildə pozulması" adlanadırıb.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın bu hərəkətlərinə etiraz və narazılığını bildirib.

Qeyd olunur ki, Pekin Vaşinqtonu "səhvlərini düzəltməyə və istiqamətini dəyişməyə" çağırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ