SON DƏQİQƏ
» » Starbucks-da 378 nəfərin bir birinə kofe ismarladığı maraqlı gün ÖZƏL

Starbucks-da 378 nəfərin bir birinə kofe ismarladığı maraqlı gün ÖZƏL

Tarix:

25-01-2020, 09:35

/ 1 795 dəfə oxundu.
Starbucks-da 378 nəfərin bir birinə kofe ismarladığı maraqlı gün ÖZƏL

Qarşılıqsız yaxşılıq yoluxucudur? Məncə, bəli! Necə? Gəlin bu sualın cavabı olacaq hadisəyə nəzər salaq.

Sankt Peterburqdakı bir Starbucks şöbəsində səhər saat 7-də bir qadın sıradakı bir adamın kofesini ödəmək istədi.

Bu qadın öz buzlu kofesini alıb, ödəməni etdikdən sonra, düz arxasında gözləyən bir adamın da kofesini ödəmək istədiyini bildirdi. Bu sayədə heç tanımadığı bir insana karamel macchiato ismarlayan qadın, özü də bilmədən yaxşılıq zənciri başlatdı.

Ödəmə üçün kassaya gələn adama barista sual verirdi:

“Kofeniz əvvəlki müştəri tərəfindən ödənildi. Siz də bu yaxşılığı davam etdirmək istərdinizmi?”

Kofesi ödənən adam da bunu davam etdirmək istədiyini bildirib, arxasında dayanan adamın kofesini ödədi. Həmin adam da öz arxasındakının… saat 13:30 olanda tam olaraq 260 müştəri bir-birinin kofesini ödəmişdi artıq.

Barista isə hər gələn insana bu sualı verməyə davam edirdi.

 

 

 

Heç tanımadıqları insanlar tərəfindən kofelərinin ödənmiş olması günlərini gözəlləşdirdiyini deyirdi müştərilər. Eyni zamanda tanımadıqları başqa bir insana da bunu etmək onları xoşbəxt hiss etdirirdi.

Saat tam olaraq 18:00-da Starbucks-a gələn və sadə filtr kofe istəyən müştəri bu zənciri pozdu. O baristanın verdiyi suala yox deyərək, başqa birinin kofesini ödəmək istəmədiyini dedi. Həmin vaxta qədər 378 nəfər insan bir-birlərinin günlərini gözəlləşdirmişdilər.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ