SON DƏQİQƏ
» » Eldar Əzizov rəhbər şəxslərə xəbərdarlıq edib - Bakı Şəhər İcra Hakimiyyətində müşavirə

Eldar Əzizov rəhbər şəxslərə xəbərdarlıq edib - Bakı Şəhər İcra Hakimiyyətində müşavirə

Tarix:

23-01-2020, 11:34

/ 1 270 dəfə oxundu.
Eldar Əzizov rəhbər şəxslərə xəbərdarlıq edib - Bakı Şəhər İcra Hakimiyyətində müşavirə

Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artılılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Bu barədə GunAz.az-a Bakı Şəhər İcra Hakimiyyətindən  məlumat verilib.
Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.
Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov qeyd edib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ