SON DƏQİQƏ

Qasım Süleymaninin dəfni mərasimi başlayıb

Tarix:

8-01-2020, 08:14

/ 2 674 dəfə oxundu.
Qasım Süleymaninin dəfni mərasimi başlayıb

İranda ABŞ tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin dəfni mərasimi başlayıb.

“Report” PRESS TV-yə istinadən xəbər verir ki, mərasim Kerman şəhərində İranın ABŞ-ın hərbi bazalarına endirdiyi zərbələr fonunda başlayıb.

“Süleymaninin dəfni onun doğma şəhəri Kermanda keçirilir”, - deyə telekanal “Twitter”də bildirib.

Bu arada generalla vida mərasimində yaranmış izdiham nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. PRESS TV bildirib ki, izdiham nəticəsində daha 213 nəfər xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər. 

скачать dle 12.1

Şərhlər