SON DƏQİQƏ
» » Tramp meşə yanğınlarının söndürülməsi üçün Avstraliyaya kömək təklif edib

Tramp meşə yanğınlarının söndürülməsi üçün Avstraliyaya kömək təklif edib

Tarix:

7-01-2020, 11:42

/ 1 763 dəfə oxundu.
Tramp meşə yanğınlarının söndürülməsi üçün Avstraliyaya kömək təklif edib

ABŞ Prezidenti Donald Tramp və Avstraliyanın Baş Naziri Skott Morrison arasında telefon danışığı olub.
GunAz.az -ın verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı ABŞ Prezidenti meşə yanğınlarında həyatını itirən insanlara görə Avstraliya S. Morrisona başsağlığı verib.
"Donald Tramp meşə yanğınlarının söndürülməsində Avstraliyaya kömək təklif edib”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, 2019-cu ilin fevralından etibarən meşə yanğınlarında 24 nəfər ölüb, onlardan 3 nəfəri yanğınsöndürəndir. Bundan başqa, 6 nəfər itkin düşüb. Meşə yanğınları Avstraliyanın şərqində - Yeni Cənubi Uels və Viktoriya ştatlarında geniş əraziləri əhatə edib. İndiyədək 6,5 milyon hektar meşə ərazisi və 2000-dən çox ev yanıb.
скачать dle 12.1

Şərhlər