SON DƏQİQƏ
» » Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

Tarix:

23-12-2019, 20:10

/ 775 dəfə oxundu.
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

 Yeni Zelandiyanın şimalındakı Fakaari vulkanının (Uayt Aylend)  püskürməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. 

Ağır xəsarət almış şəkildə xəstəxanaya yerləşdirilən üç nəfər dünyasını dəyişib. Ölənlərin adları açıqlanmır.

GunAz.az xəbər verir ki, Uayt Aylend adasındakı Fakaari vulkanı dekabrın 9-da püskürüb.

Təbii fəlakət zamanı adada 47 nəfər olub, onlardan 39-u xəstəxanaya yerləşdirilib. Səkkiz nəfəri təxliyə etmək mümkün olmayıb.

Adada 24 Avstraliya, 9 ABŞ, 5 Yeni Zelandiya, 4 Almaniya, 2 Çin, bir İngiltərə və Malayziya vətəndaşları olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ