SON DƏQİQƏ
» » Tramp administrasiyasından "erməni soyqırımı" - Açıqlaması

Tramp administrasiyasından "erməni soyqırımı" - Açıqlaması

Tarix:

17-12-2019, 22:08

/ 1 200 dəfə oxundu.
Tramp administrasiyasından "erməni soyqırımı" - Açıqlaması

ABŞ Administrasiyasının “erməni soyqırımı”nın tanınmasına dair mövqeyi dəyişməyib.

Teleqraf.com-un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi, xanım Morqan Ortaqus Konqresin qondarma “erməni soyqırımı” qətnaməsini şərh edərkən bildirib.

“ABŞ Konqresinin hər iki palatasının qətnamə qəbul etməsinə baxmayaraq, ABŞ Administrasiyasının erməni soyqırımının tanınmasına dair mövqeyi dəyişməyib. Bizim baxışlarımız ABŞ Prezidentinin bu ilin aprelində səsləndirdiyi yekun bəyanatda əksini tapıb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin aprelində 1915-ci il hadisələrinin ildönümü münasibətilə ənənəvi çıxışı zamanı “erməni soyqırımı” ifadəsini işlətməyib, həmin hadisələri "böyük fəlakət" adlandırıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının ardınca Senat da bu il dekabrın 12-də qondarma “erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib.

скачать dle 12.1

Şərhlər