SON DƏQİQƏ
» » Səudiyyənin Aramco şirkətinə edilən hücumun maddi xəsarətləri açıqlanıb

Səudiyyənin Aramco şirkətinə edilən hücumun maddi xəsarətləri açıqlanıb

Tarix:

5-12-2019, 17:30

/ 1 331 dəfə oxundu.
Səudiyyənin Aramco şirkətinə edilən hücumun maddi xəsarətləri açıqlanıb

Cari ilin sentyabr ayının 14-də Səudiyyə Ərəbistanın Aramco şirkətinə edilən hücumun maddi xəsarətləri təqribən 533 milyon dollar təşkil edir.

GunAz.az xəbər verir ki, bu barədə Aramco şirkəti mənbələri məlumat veriblər.

Bildirilib ki, Aramco-nun Abqaiq və Xreys neft təsisatına edilən hücum yerli valyuta ilə iki milyard riyal (təxminən 533 milyon dollar) maddi xəsarətlə nəticələnib.

Qeyd edək ki, husilər bu hücumun onlar tərəfindən Səudiyyə Ərəbistanın Yəmənə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirildiyini bildiriblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər