SON DƏQİQƏ
» » Suriya Ordusu kürd bölmələrinin neftin qaçırılmasında istifadə etdikləri tankerləri vurub

Suriya Ordusu kürd bölmələrinin neftin qaçırılmasında istifadə etdikləri tankerləri vurub

Tarix:

27-11-2019, 17:30

/ 1 315 dəfə oxundu.
Suriya Ordusu kürd bölmələrinin neftin qaçırılmasında istifadə etdikləri tankerləri vurub

Suriya Ordusu ölkənin şimal-şərqində kürd bölmələrinin nəzarətində qalan, habelə neftin qaçırılması üçün istifadə edilən yanacaq çənlərini və yük maşınlarını hədəfə alıb.

GunAz.az Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir ki, bu barədə ordunun hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, ordu Həsəka əyalətində kürd bölmələrinin neft tankerlərini vurub.

Əlavə edilib ki, bu əməliyyat Həsəka əyalətindəki neft quyularından və neft emalı zavodlarından yanacağın İraqın şimalına və Türkiyə ərazisinə qaçırılmasının aşkar edilməsindən sonra həyata keçirilib.

Suriya Ordusu mənbələri oxşar əməliyyatların davam edəcəyini deyib.

Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Tramp Suriyanın şərqində neft quyularının "qorunması" üçün ABŞ hərbi qüvvələrindən bəzilərinin bölgədə qalacağını demişdi. Suriya prezidenti isə ABŞ-ın bu addımını oğurluq adlandırmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ