SON DƏQİQƏ
» » Putin Nemtsova necə qalib gəldi? - Yeltsinin kürəkəni

Putin Nemtsova necə qalib gəldi? - Yeltsinin kürəkəni

Tarix:

23-11-2019, 09:37

/ 1 813 dəfə oxundu.
Putin Nemtsova necə qalib gəldi? - Yeltsinin kürəkəni

Rusiyanın birinci prezidenti Boris Yeltsin öz xələfi Vladimir Putini 10 namizəd arasından seçib.

GunAz.az xəbər verir ki, bu sözləri ötən əsrin 90-cı illərində Rusiya Prezidenti Adminitrasiyasına rəhbərlik edən, hazırda isə Vladimir Putinin ictimai əsaslarla müşaviri vəzifəsini icra edən Valentin Yumaşev Vladimir Poznerə müsahibəsində deyib.

“Yeltsinin siyahısında təxminən 10 namizəd var idi. O düşündü ki, Sobçakın birinci müavini olmuş, Prezident Administrasiyasında çalışmış, təcrübəli insan (Putin) iqtisadiyyatın necə işlədiyini bilir. Hesab edirəm ki, Putin Prezident Administrasiyasının rəhbərinin birinci müavini olanda Yelstin onun namizədliyi barədə düşünürdü”, - deyə Yumaşev bildirib.

O vurğulayıb ki, ilk vaxtlarda Putin üçün administrasiyada çalışmaq olduqca çətin olub və hətta ailəsi ilə kifayət qədər vaxt keçirmədiyi üçün işindən ayrılmaq istəyib.

Yumaşev açıqlayıb ki, bir zamanlar Yeltsin üçün birinci şəxs Boris Nemtsov olub:

“Hətta Boris Yeltsin Nemtsovu xarici ölkələrin liderləri ilə tanış edib. Onlar birlikdə ezamiyyətdə olublar. Yəni, prinsip etibarı ilə Nemtsov Yeltsin üçün birinci namizəd idi. Lakin tezliklə Nemtsovun reytinqi düşdü”.

Qeyd edək ki, Yumaşev Rusiyanın eks-prezidenti Boris Yeltsinin qızı Tatyana Dyaçenkonun həyat yoldaşıdır.

Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvada qətlə yetirilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ