SON DƏQİQƏ
» » Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

Tarix:

18-11-2019, 19:50

/ 1 792 dəfə oxundu.
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

"İranda vəziyyətin gərginləşməsinin arxasında xarici qüvvələr ola bilər."

GunAz.az RT-ə istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici şlər Nazirliyinin Asiya məsələləri üzrə şöbəsinin sədri Zamir Kobolov deyib.

Rusiya rəsmisi bildirib ki, "İranda vəziyyət gərgindir. Yanacağın qiymətinin artması da alovun üstünə benzin tökmək rolunu oynayıb. Həm də xarici qüvvələr avtiv şəkildə addımlar atırlar. Burada bütün amillər cəmləşib."

Z.Kobolov həmçinin bildirib ki, İrandakı son gərginliklərdə Rusiya vətəndaşlarının hər hansı bir xəsarət alması haqda məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən həftə İranda dövlətin əhaliyə subsidiya proqramı çərçivəsində satdığı benzinin qiyməti 1500 tümən, sərbəst satılan benzinin qiyməti isə 3000 tümənə qalxıb.

Bundan sonra ölkənin bir sıra şəhərlərində etirazlar və aksiyalar keçirilib.

Bəzi şəhərlədə toqquşmalar və iğtişaşlar baş verib.

Qeyri rəsmi mənbələr bu toqquşmada ölənlərin olduğunu bildirir. FarsNews-un məlumatına görə, "yüzlərlə iğtişaşçı saxlanılıb." Yüzdən çox bank və mağazanın qarət edildiyi və yandırıldığı bildirilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ