SON DƏQİQƏ
» » Lavrovun ikibaşlı Qarabağ bəyanatı nəyə hesablanıb? Siyasi analiz

Lavrovun ikibaşlı Qarabağ bəyanatı nəyə hesablanıb? Siyasi analiz

Tarix:

13-11-2019, 14:03

/ 472 dəfə oxundu.
Lavrovun ikibaşlı Qarabağ bəyanatı nəyə hesablanıb? Siyasi analiz

Beynəlxalq sənədlərdə "Dağlıq Qarabağ xalqı" ifadəsi mövcud deyil.

Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ölkəmizə qarşı təhdidləri davam etməkdəir. Xüsisən, öz himayədarından maddi və mənəvi dəstək alan işğalçı dövlət ölkəmizi daim təzyiq altında saxlamağa çalışır. Etiraf ediməlidir ki, işğalçı dövlət Rusiyadan aldığı dəstək hesabına hətta beynəlxalq təşkilatlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qərar və qətnamələri icra etməkdən boyun qaçırır. Azərbaycan isə daim Rusiya ilə müttəfiqlik və əməkdaşlıq xəttinə sadiqlik nümayiş etsirir. Xatırladaq ki, Rusiya və Azərbaycan çoxəsrlik birgə tarixə, sıx mədəni-humanitar, siyasi və iqtisadi əlaqələrə malik  iki yaxın qonşu dövlətlərdir. Bu kimi amilləri nəzərə alan Azərbaycan iki ölkə arasında münasibətlərin həmişə strateji xarakter daşıdığını bəyan edir, ticari-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı tərəf kimi çıxış edir. Hətta Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq edildiyi dövrdə belə Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmamış və sanksiyaları pisləmişdir. Rusiya  eyni zamanda müstəqil Azərbaycan dövlətinin ən böyük problemi olan  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Sözdə Minsk qrupunun həmsədri kimi Rusiya münaqişənin nizamlanmasında həlledici söz sahibi olmağa çalışır. Lakin bəzi rəcmi şəxslərin atdığı addımlar sadalanan bütün fəaliyyətin üstündən xətt çəkmiş olur. Belə ki, bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı həm təmsil etdiyi ölkənin, həm də Azərbaycanın maraqlarına daban-daana xidd olan bəyənatla çıxış edib. Bildirib ki, Rusiya vasitəçi ölkə olaraq "yalnız danışıqlar prosesinin ümumi razılıq şəraitində davam etməsinə" nail olmağa çalışa bilər: "Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılığın rəsmiləşdirilməsi mümkün deyil. Ermənistan onu sadəcə, imzalamaz. Və biz bunu nəzərə alırıq". Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın daha əvvəl də səsləndirdiyi, "Yekun razılaşmalar Ermənistan, Qarabağ və Azərbaycan xalqlarının maraqları nəzərə almalıdır", - bəyanatını xatırlatdığını deyib. Münaqişənin tənzimlənmə prinsiplərinə gəldikdə, Rusiya xarici işlər naziri bildirib ki, "tərəflər arasında müzakirə edilən bütün sənəd variantlarında" problemin həlli ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək hüququ və dinc sülh yolu ilə həlli prinsipləri nəzərdə tutulur: "İstənilən halda, son qərar bu prinsipləri nəzərə almalıdır. Bunu heç kəs - nə Yerevan, nə də Bakı - mübahisə etmir. Sonrası - diplomatiya məharətidir, əslində isə kompromisə hazır olmaqdır. ...İstənilən saziş, ələlxüsus belə bir mürəkkəb məsələ üzrə, kompromis tələb edir. Biz isə, həmsədrlər isə, çalışırıq ki, kompromislər təmiz olsun, ədalətli olsun, həqiqi maraqlar balansını əks etsin". Yeri gəlmişkən qeyd edək ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məsələ ilə bağlı ölkəmizin mövqeyini açıqlaıb. Bildirib ki,  ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir: "Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır".

Xatırladaq ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırki ATƏT) 1992-ci il martın 24-də Helsinkidə qəbul etdiyi qərarda qeyd edilir ki, Minsk Konfrans iştirakçıları olan ölkələrlə məsləhətləşmələr apardıqdan sonra tədbirin sədri tərəfindən Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı tərəf kimi konfransa dəvət oluna bilər. Minsk Konfransının iştirakçıları Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Çexiya, Slovakiya və İsveçdir. Deməli, münaqişənin həllində icma nümayəndələri yalnız maraqlı tərəf kimi iştirak edə bilərlər. İndiyə qədər münaqişənin həlli ilə bağlı qşbul edilən qərarlarda birmənalı şəkildə qeyd eedilib ki, münaqişədə tərəf ölkələr Ermənistan və Azərbaycandır. Maraqlı tərəf kimi regionun azərbaycanlı və erməni icması çıxış edir. Onlar irəliləyiş olacağı təqdirdə danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin təəssüf ki, Rusiyanın da təmsil olunduğu Minsk qrupu indiyə kimi problemin  dayaq nöqtəsini tərpətməyə nail ola bilməyib. Eyni zamanda, qəbul edilmiş beynəlxalq hüquq sənədlərdə "Dağlıq Qarabağ xalqı" ifadəsi mövcud deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və hüquqi öhdəlik daşıyan 4 qətnaməsinə əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqovlar Ermənistan hökumətinə qarşı" işi çərçivəsində qəbul olunmuş qərarda qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlar üzərinə nəzarəti həyata keçirir. Beləliklə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən səsləndirilən, erməni tərəfinin uğursuz cəhdləri və xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin martında danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları ilə uzlaşan fikirləri vasitəçilik missiyasının və Rusiya da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir. Fakt ondan ibarətdir ki, sınanılmış, yaxud sınanılmamış metodlardan yararlanan Rusiya bölgədə mövqeyini daha da möhkəmləndirmək üçün for-postunun imkanlarından gen-boluna istifadə edir. Daha dəqiq, imperiya siyasətindən hələ də yaxa qurtara bilməyən Rusiya Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq niyyətindən əl çəkmir. Elə bu səbədən də işğalçı dövlət olan Ermənistanı silahlandırmaqda davam edir. Məlumat üçün qeyd edək ki, Rusiya öz məkirli siyasətini yürütmək üçün hətta dövlətlərarası münasibətlərdən, regioanal və beynəlxalq təşkilatların imkanlarından istifadədən belə çəkinmir. Məlumdur ki,  Rusiya Ermənistana müasir hərbi texnika və silahlar satmaq barədə saziş imzalayıb. Belə bir halda Sergey Lavrovun bəyənatını heç də təsadüfi hesab etmək olmaz. Əslində Lavrovun fikirləri təhlükəli məqamlardan xəbər verir. Belə məlum olur ki, böyük güclər Qarabağı danışıqlarda rəsmi tərəf kimi qəbul etmək istyir. Elə bu səbədən də həmsədr dövlətlərin, onların təmsil etdiyi vasitəçilərin dilində "Qarabağ xalqı", "icma", "əhali" sözləri tez-tez işlənməyə başlayıb. Halbuki Prezident İlham Əliyev Valday-da çıxışında heç bir Dağlıq Qarabağ xalqının olmadığını, oranın Azərbaycan torpaqları olduğunu bəyan edib. Əgər Rusiya danışıqlarda Dağlıq Qarabağı tərəf kimi görmək istəyirsə bu artıq Minsk Qrupunun illərdən bəri  apardığı danışıqların iflası deməkdir.

N.SAFURA

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ