Ukrayna hökuməti beş ildir Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır.
GunAz.az xəbər verir ki, bunu "RBK-Ukrayna"ya müsahibəsində Baş nazirin Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası üzrə müavini Dmitri Kuleba açıqlayıb.
"İstənilən ssenariyə hazırıq. Bunun baş verə biləcəyini anlayırıq", o deyib.
Kuleba əlavə edib ki, Ukrayna diplomatiyasının əsas vəzifəsi Minsk razılaşmalarının icrası ilə bağlı nəticə əldə etmədən məhdudiyyətlərin qaldırılmasının qarşısını almaqdır.
N.SAFURA