Vaşinqtonla Moskvanın bir neçə məsələ üzrə əməkdaşlığı halında, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvinə baxmağa hazırdır.
GunAz.az xəbər verir ki, bu haqda “Röyters” agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
O dəqiqləşdirib ki, Rusiya Suriya və Ukrayna üzrə ABŞ-la birgə iş üçün addımlara təşəbbüs edəcəyi halda, bu məsələyə baxmağa hazırdır.
Xatırladaq ki, avqustun 14-də ABŞ Konqresi anti-Rusiya sanksiyaları haqqında yeni qanun layihəsini dərc edib.