SON DƏQİQƏ
» » İŞİD Tacikistana hücum etdi: 16 nəfər öldü, 6 yaralı

İŞİD Tacikistana hücum etdi: 16 nəfər öldü, 6 yaralı

Tarix:

6-11-2019, 12:39

/ 1 247 dəfə oxundu.
İŞİD Tacikistana hücum etdi: 16 nəfər öldü, 6 yaralı

Ötən gecə Tacikistan-Özbəkistan sərhədində yerləşən zastavaya silahlı dəstə hücum edib.

GunAz.az xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunları İdarəsi informasiya yayıb.

Məlumata görə, hücumda 20 maskalı döyüşçü iştirak edib. Onlar paytaxt Düşənbədən 60 kilometr qərbdə yerləşən 4 saylı “İşkobod” zastavasına hücum çəkiblər.

Gecə ərzində davam edən atışmada dəstənin 15 üzvü öldürülüb, sağ qalan 5 nəfər isə əsir götürülüb.

Atışmada həmçinin bir polis və bir sərhədçi həlak olub.

Faktla bağlı araşdırma aparılır.

***

Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunları İdarəsi terakla bağlı yeni məlumat yayıb.

Məlumatda qeyd olunur ki, tacik-özbək sərhədinə hücum edənlər İŞİD terror qruplaşmasının üzvləridir və ölkəyə Əfqanıstan ərazisindən daxil olublar.

N.SAFURA

скачать dle 12.1

Şərhlər