SON DƏQİQƏ
» » Səddam Hüseynin qızına şok dəvət – Gözlənilməz gəlişmə

Səddam Hüseynin qızına şok dəvət – Gözlənilməz gəlişmə

Tarix:

6-11-2019, 11:20

/ 1 744 dəfə oxundu.
Səddam Hüseynin qızına şok dəvət – Gözlənilməz gəlişmə

Səudiyyə Ərəbistanı İraqın mərhum dövlət başçısı Səddam Hüseynin qızı Rəqad Səddam beynəlxalq konfransda iştirak etməsi üçün Ər-Riyada dəvət olunub.

GunAz.az  xəbər verir ki, bu barədə İordaniya mediası məlumat yayıb.

Konfransdan əvvəl Səudiyyə Ərəbistanının Omandakı səfiri Xalid bin Fəysal əl-Səud İraqda baş verən son gəlişmələr üçün Rəqad Səddamla görüşüb.

Görüşdə mərhum dövlət başçısının qızı gələn ay Ər-Riyadda İraqda baş verən siyasi proseslərlə bağlı keçiriləcək beynəlxalq konfransa dəvət edilib.

İraqda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyalarının genişləndiyi vaxt Səddam Hüseynin ailə üzvlərinin fəallaşması birmənalı qarşılanmır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər