SON DƏQİQƏ

Seriyanın yeddincisi – Sirli planet Uran

Tarix:

5-11-2019, 20:25

/ 1 535 dəfə oxundu.
Seriyanın yeddincisi – Sirli planet Uran

Uran Günəşə yaxınlığına görə 7-ci planetdir. Günəşdən uzaqda yerləşdiyinə görə haqqında çox məlumat öyrənilməmişdir.

GunAz.az bildirir ki, planetin quruluşu və atmosferi haqqındakı məlumatlar, əsasən, təxminlərə və 1986-cı ildə planetin yaxınlarından keçən "Voyacer 2" kosmik gəmisindən əldə edilən məlumatlara əsaslanır.

Bu məlumatlar əsasında planetin hidrogenlə zəngin, metan və heliumdan ibarət atmosferə sahib olduğu müəyyən edilmişdir və səth istiliyi -2210C-dir. Yer kürəsindən daha böyük elektromaqnetik sahəyə malik olması və qayalı nüvəsinin olması təxmin edilir.

Uranın kütləsi Yerinkinin 15,həcmi isə 63 qatıdır və Günəş sistemindəki ən az işıq yayan planetdir.

Bir neçə kiçik bulud xaricində səthində heç bir detal gözə çarpmır. Uranın ətrafında incə, iti xəttli və tünd rəngli 9 halqanın olduğu təsbit edilmişdir. Halqaların hamısı,təxminən 1 m səviyyəsində tünd rəngli qaya bənzəri parçalardan ibarətdir.Bunların quruluşu hələ bəlli olmayıb.

Dünyanınkından daha böyük bir maqnetik sahəyə sahib olduğu və bərk bir nüvəsinin olduğu kimi proqnozlar irəli sürülməkdədir.Uran, qütbü Günəşə baxacaq şəkildə təkər kimi dönər. Beləcə ətrafındakı halqalar da dik olaraq onunla birlikdə dönər.

Uran, Günəş ətrafında bir dövrünü 84 ildə tamamlayır.

Uranda Yerin və Saturnun ətrafındakılarla müqayisə ediləcək ölçüdə maqnetik sahə mövcuddur.Maqnetik sahənin oxu, planetin fırlanma oxuna nəzərən 55 ° əyridir və bu digər planetlərə nisbətən olduqca yüksək bir dəyərdir.Planetin dönmə periodu təxminən 17.5 saatdır və fırlanma oxu inanılmaz şəkildədir. Uranın ərinti halda olan ağır bir nüvəsi vardır. Nüvənin ətrafında isə su,metan və amonyakdan ibarət olan bir neçə min ° C temperaturunda və minlərlə km qalınlığında bir mantiya yer alır.Bu həddindən artıq isti mantiyanın,üzərindəki atmosferin ağırlığından qaynaqlanan nəhəng təzyiqin təsiri qaynaya bilmədiyi və buranın elektrik keçirici olduğu, planetin maqnit sahəsini çıxardığı sanılmaqdadır. Planetin qütblərində gecələr 40 il çəkir.

Nəhəng planetin böyük beş peyki vardır. Ancaq ümumi peyk sayı 27-dir.Bu peyklərdən Titan və Oberon ilk dəfə,Sir W. Herschel tərəfindən 1787-ci ildə müşahidə edilmişdir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ