SON DƏQİQƏ
» » Macar nazirdən alman həmkarına şok: Türkiyəyə dəstək...

Macar nazirdən alman həmkarına şok: Türkiyəyə dəstək...

Tarix:

4-11-2019, 23:00

/ 658 dəfə oxundu.
Macar nazirdən alman həmkarına şok: Türkiyəyə dəstək...

Macarıstanın Xarici İşlər naziri Peter Szijarto almaniyalı həmkarı Hayko Maasla keçirilən mətbuat konfransında Türkiyəni müdafiə etməsi rezonans doğurub.

GunAz.az xəbər verir ki, Szijartonun Türkiyə ilə Macarıstanın müdafiə sənayesi sahəsində əməkdaşlığına dair suala cavabı maraqla qarşılanıb.

"Xahiş edirəm Türkiyə haqqında danışanda onun NATO üzvü olduğunu unutmayaq. Sizin səylərinizi başa düşürəm, amma Türkiyə NATO üzvüdür. Türkiyə NATO-nun ikinci böyük hərbi gücüdür. Türkiyə NATO-da müttəfiqimizdir. Müdafiə sənayesində Türkiyə ilə əməkdaşlıq etməyimiz çox təbiidir. Təbii ki, bu işbirliyi gələcəkdə də davam edəcək", - deyə macar nazir bildirib.

O,Türkiyənin həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatına da dəstək göstərdiklərini ifadə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ