SON DƏQİQƏ
» » “Hamı mənimlə pis davranır” – Trampdan duyğusal sözlər

“Hamı mənimlə pis davranır” – Trampdan duyğusal sözlər

Tarix:

1-11-2019, 11:24

/ 1 255 dəfə oxundu.
“Hamı mənimlə pis davranır” – Trampdan duyğusal sözlər

ABŞ Prezidenti Donald Tramp rəsmi iqamətgahının artıq Nyu-Yorkda yox, Floridada olacağını açıqlayıb.

GunAz.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

Ağ Evdə növbəti 5 ildə də qalacağına ümid etdiyini deyən Tramp qeyd edib:

"Lakin ailəm və mənim iqamətgahım Floridanın Palm Biç şəhərində olacaq. Nyu-York və sakinlərinə çox dəyər verirəm. Lakin hər il şəhərə, ştat rəhbərliyinə və aidiyyəti qurumlara milyonlarla dollar vergi verməyimə baxmayaraq, həm şəhər, həm də ştatın siyasi liderlərinin pis davranışlarına məruz qalıram.

Prezident olaraq həmişə Nyu-York və bu şəhərin möhtəşəm sakinlərinə kömək etmək üçün burada olacağıq. Onların yeri ürəyimdədir, həmişə də bu yer özəl olaraq qalacaq".

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ