SON DƏQİQƏ
» » Livanda baş nazirin istefasından sonra ordu bağlanan yolları açmağa başlayıb

Livanda baş nazirin istefasından sonra ordu bağlanan yolları açmağa başlayıb

Tarix:

31-10-2019, 18:10

/ 1 755 dəfə oxundu.
Livanda baş nazirin istefasından sonra ordu bağlanan yolları açmağa başlayıb

Livan paytaxtında aksiyaçılar tərəfindən bağlanan yollar ordu tərəfindən açılıb.

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, Livan Ordusu ölkənin əksər şəhərlərində o cümlədən paytaxt Beyrutda aksiyaçılar tərəfindən bağlanan yolları açıb.

Ordu bəyan edib ki, ictimai nəqliyyata və yol hərəkətinə mane olan addımların qarşısını alacaq.

Livan Ordusu ölkədə komendant saatının tətbiq edilməsi xəbərini də təkzib edib.

Eyni zamanda Livanın şimalında əl-Əbdə bölgəsində aksiyaçıların yolları bağlamasına qarşılıq vermək üçün hərəkətə keçən ordu qüvvələrinə atəş açılıb. Altı nəfərin yaralandığı bildirilir.

Qeyd edək k, baş nazir Səd əl-Həririnin istefasından sonra ölkədə aksiyalar və etirazlar qismən səngiyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ