SON DƏQİQƏ
» » Ankara Fransa Senatının hicabla bağlı qanun layihəsini pisləyib

Ankara Fransa Senatının hicabla bağlı qanun layihəsini pisləyib

Tarix:

31-10-2019, 17:50

/ 483 dəfə oxundu.
Ankara Fransa Senatının hicabla bağlı qanun layihəsini pisləyib

Türkiyə, Fransa Senatında (parlamentin yuxarı palatası) övladlarını məktəb gəzintilərində müşayiət edən anaların hicab taxmağını qadağan edən qanun layihəsini kəskin şəkildə pisləyib.

"Fransa Senatı tərəfindən qəbul edilən və anaların məktəb gəzintilərində hicab taxmalarını qadağan edən qanun layihəsini qətiyyətlə pisləyirik və rədd edirik", XİN açıqlamasında deyilir.

GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bəyanatda qeyd edilir ki, belə bir qadağa hicab taxan anaların hisslərinə  toxunur.

“Bu, Fransanın müsəlmanlara qarşı ayrıseçkilik münasibətinin yeni bir nümunəsidir. Belə bir yanaşma Fransanın türk və müsəlman icmalarının nümayəndələri üçün qəbuledilməzdir.

Fransa hökuməti islamofobiya ilə mübarizə üçün qanuni tədbirlər görməlidir", bəyanatda deyilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ