SON DƏQİQƏ
» » Anasının cəsədini iki il yarım gizlətdi – Aldığı pensiyanın məbləği...

Anasının cəsədini iki il yarım gizlətdi – Aldığı pensiyanın məbləği...

Tarix:

29-10-2019, 10:22

/ 419 dəfə oxundu.
Anasının cəsədini iki il yarım gizlətdi – Aldığı pensiyanın məbləği...

Oğul anasının pensiyasını almaq məqsədilə onun cəsədini 2 il yarım gizlədib.

GunAz.az xəbər verir ki, bu dəhşətli hadisə Hollandiyanın Heerlen şəhərində qeydə alınıb.

Məhkəmə önünə çıxarılan oğlula 10 il həbs cəzası verilib. Eyni zamanda ondan ölkənin Pensiya Fonduna 15 min 500 avro ödənilməsi tələb edilib.

Məlumata görə, oğul 66 yaşlı bir kişi ilə yaşayan 91 yaşlı anasını 2013-cü ilin avqustunda itirib. Ancaq anasının aylıq pensiyasının kəsiləcəyi təqdirdə gəlirinin azalacağını düşünən övlad ölüm haqqında heç kimə danışmayıb.

Anasının cəsədini hava keçirməyən salafana qoyan oğul onu tabuta yerləşdirib. Tabutu anasının yataq otağında saxlayan adam iyinin qarşısını almaq üçün gecələr pəncərələri açıq qoyub və dərmanlardan istifadə edib.

Tabut 2 il yarımdan sonra qonşuların maraq və narahatlığı səbəbindən ortaya çıxıb. Bu müddət ərzində övladı anasının adına 72 min 800 avro pensiya alıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ