SON DƏQİQƏ
» » Çeçen döyüşçülər Türkiyə sərhədinə göndərildi – Bölgədə ilginc olaylar

Çeçen döyüşçülər Türkiyə sərhədinə göndərildi – Bölgədə ilginc olaylar

Tarix:

25-10-2019, 13:24

/ 440 dəfə oxundu.
Çeçen döyüşçülər Türkiyə sərhədinə göndərildi – Bölgədə ilginc olaylar

Rusiya Suriya-Türkiyə sərhəddində 30 kilometrlik zonada xüsusi tapşırıqları yerinə yetirmək üçün Çeçenistandan Suriyaya əlavə 300-ə yaxın hərbi polis göndərib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin Çeçenistan Respublikasında yerləşən hərbi polisinin 300-ə yaxın hərbçisi xüsusi tapşırıqları yerinə yetirmək üçün Suriya Ərəb Respublikasına gəlib.

Artıq hərbçilərin Şimali Osetiyadakı hava limanını tərk etdikləri bildirilir.

Habelə 20-dən çox "Tiqr” və "Tayfun-U” zirehli maşınları Suriyadakı Xmeymim aviabazasına təhvil veriləcək.

Hərbçilər yaxın günlərdə tapşırıqları yerinə yetirməyə başlayacaq. Hərbi qüvvələr əhalinin təhlükəsizliyini təmin edəcək, asayiş qaydalarını qoruyacaq və təyin olunmuş ərazilərdə patrul xidmətini həyata keçirəcək.

Hərbi polis Suriya-Türkiyə sərhədindəki kürd terror dəstələrinin də çıxarılmasına kömək edəcək.

Rusiya Müdafiə Nazirliyi Suriyaya Vladikavkazdakı Hərbi Polis Mərkəzində ən çox təlim keçmiş hərbi personalın Suriyaya göndərdiyini bildirib.

скачать dle 12.1

Şərhlər