SON DƏQİQƏ
» » Qaranlıqda çəkiliş etmək üçün kamera təqdim edilib

Qaranlıqda çəkiliş etmək üçün kamera təqdim edilib

Tarix:

24-10-2019, 20:35

/ 617 dəfə oxundu.
Qaranlıqda çəkiliş etmək üçün kamera təqdim edilib

"Fujifilm" şirkəti qaranlıqda fokuslana bilən "X-Pro3" adlı yeni güzgüsüz kamerasını təqdim edib. Qurğunun korpusu titandan hazırlanmış xarici elementlərə malikdir. Kameranın sensor formatı APS-C, təsvir ölçüsü isə 26,1 meqapikseldir. Çəkilmiş şəkillərin emalı ilə "X-Processor 4" prosessoru məşğul olur. Kameranın avtofokus sistemi - 6 EV göstəricisinə kimi işıqlandırma ilə işləyir. İşığa həssaslıq göstəricisi ISO 80-51200 aralığındadır.

Qurğunun fırlanan ekranının diaqonalı 3,5 düymdür. Kamera HDR rejimini dəstəkləyir. Həmçinin "Fujifilm X-Pro3" kamerasında müxtəlif stillərin imitasiyası üçün öncədən müəyyənləşdirilmiş rejimlər (Velvia, Eterna, Monochrome, neqativ və eyni tonlu işıq) mövcuddur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ