SON DƏQİQƏ
» » İranın neft gəmisinə hücumu terror qrupu deyil bir dövlət həyata keçirib - Cavad Zərif

İranın neft gəmisinə hücumu terror qrupu deyil bir dövlət həyata keçirib - Cavad Zərif

Tarix:

15-10-2019, 17:50

/ 721 dəfə oxundu.
İranın neft gəmisinə hücumu terror qrupu deyil bir dövlət həyata keçirib - Cavad Zərif

"İranın neft gəmisinə hücum bir ya bir neçə dövlət tərəfindən həyata keçirilib. Hazırda araşdırmalar davam edir."

GunAz.az İrib.ir-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün vediyi açıqlamada deyib.

İran XİN rəhbəri bildirib ki, Qırmızı dənizdə "Sabiti" gəmisinə hücumu terror qrupu deyil, bir və ya bir neçə dövlət birgə həyata keçiriblər.

Qeyd edək ki, Həsən Ruhani də ötən gün eyni iddia ilə çıxış edib.

Cavad Zərif əlavə edib ki, araşdırmalar davam edir və onlar nəticələr bildirilməmiş heç bir dövləti ittiham etməyəcəklər.

Xatırladaq ki, ötən həftə İranın 140 min barel neft daşıyan Sabiti adlı gəmisi Qırmızı dənizdə Səudiyyə Ərəbistanı sahillərindən 60 km uzaqda iki dəfə raket zərbəsinə məruz qalıb. Gəmi səfərini ləğv edərək geri qayıdıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ