SON DƏQİQƏ

İtalyanların uzunömürlülük sirri açıldı

Tarix:

14-10-2019, 19:43

/ 1 285 dəfə oxundu.
İtalyanların uzunömürlülük sirri açıldı

Düzgün qidalanma və keyfiyyətli ərzaq italyanların uzunömürlülüyünün sirridir. İtaliyalı dietoloqlar bu nəticəyə gəliblər. 
Məlumdur ki, İtaliyada kişilərin orta yaş həddi 81, qadınların isə 85-dir. Ekspertlər italiyalıların qida rasionunda zülal, foli turşusu, A və E vitaminləri və antioksidantların bol olmasına diqqət çəkiblər. Bu maddələr isə süd məhsullarında, göyərtidə və qreypfrut şirəsində çox olur. 
Dietoloqların sözlərinə əsasən, səhər tezdən qəbul edilən bir stəkan qreypfrut şirəsi və bir ovuc qoc C vitamini, omeqa-3 turşusu, kalsium və antioksidant çatışmazlığını bərpa edir. Eyni zamanda əzələ kütləsini itirməmək üçün hər kq çəki üçün 1.1 qram zülal qəbul etmək məsləhət görülür.

скачать dle 12.1

Şərhlər