SON DƏQİQƏ
» » Belçikada PKK tərəfdarları ilə türklər toqquşdu: yaralı var

Belçikada PKK tərəfdarları ilə türklər toqquşdu: yaralı var

Tarix:

12-10-2019, 13:41

/ 1 265 dəfə oxundu.
Belçikada PKK tərəfdarları ilə türklər toqquşdu: yaralı var

Belçikanın Lyeje şəhərində PKK tərəfdarı olan kürdlərlə Türkiyədən olan şəxslər arasında toqquşma yaşanıb.

GunAz.az xəbər verir ki, bu məlumatı Belçika mətbuatı yayıb. Məlumata görə, 400 nəfər kürd Türkiyənin Suriyadakı əməliyyatına qarşı etiraz aksiyası təşki edib. Sonradan etirazçılarla təxminən 70 nəfərlik türk qrup arasında mübahisə başlayıb.

Bundan sonra hüquq-mühafizə orqanları iki qrup arasındakı mübahisəyə son qoymaq üçün baş verənlərə müdaxilə edib. Tərəflər arasında yaşanan toqquşma zamanı bir nəfər yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ