
ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Mark Milli ilə Türkiyə Baş Qərargah rəisi Yaşar Gülər arasında telefon danışığı baş tutub.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əsas müzakirə mövzusu Suriyadakı situasiya olub. Bununla bərabər, tərəflər ABŞ və Türkiyə arasında əməkdaşlığın vacibliyini qeyd ediblər. Milli telefon danışığı zamanı Türkiyə ilə ikitərəfli münasibətlərə ABŞ-ın böyük dəyər verdiyini bildirib.
N.SAFURA