SON DƏQİQƏ
» » Türkiyə terroçular arasında fərq qoymur - Çavuşoğlu

Türkiyə terroçular arasında fərq qoymur - Çavuşoğlu

Tarix:

11-10-2019, 17:50

/ 1 784 dəfə oxundu.
Türkiyə terroçular arasında fərq qoymur - Çavuşoğlu

Türkiyə terror təşkilatları arasında fərq qoymadan terrorla mübarizəni davam etdirəcəkdir.

GunAz.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulun Dolmabahçe Sarayında NATO baş katibi Yens Stoltenberq ilə keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, Suriyanın şimalında davam edən "Barış pınarı" əməliyyatının məqsədi Türkiyənin cənub sərhədi boyunca uzanan NATO-nun cənub-şərq tərəfindəki terror təhlükəsini aradan qaldırmaqdır.

Türkiyəli nazirin sözlərinə görə, bu əməliyyat alyansa üzv ölkələrin təhlükəsizliyi üçün də son dərəcə vacibdir.

“Ankara sərhəd təhlükəsizliyinin təmin olunmasında NATO ölkələrindən həmrəylik gözləyir. Bu baxımdan alyansın "təhlükəsizlik zonasının birliyi" prinsipi xüsusi əhəmiyyət kəsb edir. Bu, Türkiyənin təbii və qanuni haqqıdır", Çavuşoğlu qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ