SON DƏQİQƏ
» » Ərəb Dövlətləri Liqası və Misir Türkiyənin Suriyanın şimalındakı əməliyyatını qınayıb

Ərəb Dövlətləri Liqası və Misir Türkiyənin Suriyanın şimalındakı əməliyyatını qınayıb

Tarix:

9-10-2019, 18:50

/ 1 332 dəfə oxundu.
Ərəb Dövlətləri Liqası və Misir Türkiyənin Suriyanın şimalındakı əməliyyatını qınayıb

Misir prezidenti Əbdül-Fəttah Sisinin Türkiyənin Suriyanın şimalındakı əməliyyatı qnamasından sonra Ərəb Dövlətləri Liqası sədri də rəsmi Ankaranın başlatmaq istədiyi əməliyyatı pisləyib.

GunAz.az  Misir mətbuatına istinadla xəbər verir ki, ölkə prezidenti Əbdül-Fəttah Sisi ötən gün keçirilən mətbuat konfransı zamanı Türkiyənin Suriyanın şimalında kürd bölmələrinə qarşı başlatmaq istədiyi hərbi əməliyyatı qınayıb.

Ərəb Dövlətləri Liqasının baş katibi misirili siyasətçi Əhməd Əbul-Ğəyt də Türkiyənin başlatmaq istədiyi əməliyyata münasibə bildirib.

Onun sözlərinə görə ƏDL Türkiyənin Suriyadakı bu addımına görə narahatdır.

O deyib:

"Rəsmi Ankara tərəfindən başladılacaq bu əməliyyat Suriya suverenliyini açıqcasına pozmaqdır və vəziyyəti daha da gərginləşdirəcək."

Qeyd edək ki, ƏDL 2012-ci ildən rəsmi Dəməşqi liqanın üzvlüyündən çıxarıb və hələ də Suriya hökumətini bu liqaya qəbul etmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ