SON DƏQİQƏ

Putin Koçaryanın arvadı ilə görüşdü

Tarix:

2-10-2019, 10:04

/ 1 304 dəfə oxundu.
Putin Koçaryanın arvadı ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Yerevana səfəri çərçivəsində Ermənistanın eks-prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşüb.

GunAz.az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, görüş Rusiyanın Ermənistandakı səfirliyində keçirilib.

Onlar Robert Koçaryanın həbsi, Ermənistanın indiki hakimiyyətinin addımlarını müzakirə ediblər.

Xatırladaq ki, V.Putin oktyabrın 1-də Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana gedib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər