SON DƏQİQƏ
» » Ruhani avropalıların Aramco-ya hücuma görə İranı ittihamlandırmalarına cavab verib

Ruhani avropalıların Aramco-ya hücuma görə İranı ittihamlandırmalarına cavab verib

Tarix:

27-09-2019, 20:20

/ 1 879 dəfə oxundu.
Ruhani avropalıların Aramco-ya hücuma görə İranı ittihamlandırmalarına cavab verib

“Bəzi Avropa dövlət başçıları Aramco-ya hücuma görə, İranın məsuliyyət daşıdığını deyirlər. Bunun səbəbini soruşdum. Deyirlər ki, yəmənlilər belə bir hücumu həyata keçirə bilməzlər. Deyirlər ki bu hücum şimal ya qərbdən olub. Avropalıların dediyinə görə əgər belədirsə hardan əldə ediblər ki, bunu məhz İran edib?! Onlar isə biz bilmirik deyə cavab verdilər.”

GunAz.az FarsNews-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nyu-York səfərindən Tehrana döndükdən sonra jurnalistlərin suallarını cavablandırakən deyib.

Avropa dövlətlərinin Aramco-ya hücuma görə İranı ittihamlandırmasına münasibət bildirən Həsən Ruhani qeyd edib ki, Avropa dövlətləri hücumun kim tərəfindən törədildiyini bilmir, amma məsuliyyəti İranın üzərinə atır.

“Mən onlara dedim ki, siz belə əsassız və məntiqsiz iddialarla fitnə-fəsad yaradırsınız. Mən onlara dedim ki Tehrana çatanda öz sənəd-sübutlarınızı göndərinmənə. Mən bunu onlara başa saldım.”, deyə Həsən Ruhani bu iddialardan dolayı İrana qarşı atılacaq addımlarla bağlı xəbərdarlıq edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ