SON DƏQİQƏ
» » Boris Conson vaxtından əvvəl BMT Baş Assambleyasını tərk edərək Londona qayıdıb

Boris Conson vaxtından əvvəl BMT Baş Assambleyasını tərk edərək Londona qayıdıb

Tarix:

25-09-2019, 17:30

/ 1 285 dəfə oxundu.
Boris Conson vaxtından əvvəl BMT Baş Assambleyasını tərk edərək Londona qayıdıb

BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedən İngiltərənin Baş naziri Boris Conson səfərini yarıda kəsərək Londona dönüb. Buna səbəb Birləşmiş Krallıq Ali Məhkəməsinin parlamentin fəaliyyətini dayandırmaq qərarını qanunsuz elan etməsi olub.

GunAz.az-ın "İnterfax"a istinadla verdiyi xəbərə görə, Nyu-Yorkdan yola düşməzdən əvvəl Conson kraliça II Elizabetə zəng edib. Söhbətin məzmunu barədə məlumat verilmir.

"Biz heç bir halda Baş nazir və Əlahəzrət arasındakı söhbətlərin məzmununu müzakirə etmirik" deyə İngiltərə hökumətinin yüksək səviyyəli nümayəndəsi mətbuata bildirib.

скачать dle 12.1

Şərhlər