SON DƏQİQƏ
» » Misirdə genişmiqyaslı əməliyyat: 9 terrorçu öldürüldü

Misirdə genişmiqyaslı əməliyyat: 9 terrorçu öldürüldü

Tarix:

18-09-2019, 20:22

/ 421 dəfə oxundu.
Misirdə genişmiqyaslı əməliyyat: 9 terrorçu öldürüldü

Misir təhlükəsizlik qüvvələri tərəfindən aparılan antiterror əməliyyatı çərçivəsində Əl-Obur və 15 May şəhərlərində atışma zamanı 9 terrorçu məhv edilib.

GunAz.az xəbər verir ki, bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məhv edilmiş terrorçular arasında “İnqilab briqadası” adlandırılan terrorçu qruplaşmanın liderlərindən biri olan Mahmud Qərib Qasim də var. Bildirilir ki, briqada generalı Adil Rəcainin qətlə yetirilməsində, həmçinin Əl-Munifiyyə əyalətində təhlükəsizlik qüvvələrinə hücumlarda Mahmud Qərib Qasimin əli olub.

Əməliyyat yerində avtomatik silah, partlayıcı maddələr və əldəqayırma bombalar aşkar edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ