SON DƏQİQƏ
» » Hindistanın kosmik aparatı aya enən zaman sıradan çıxıb

Hindistanın kosmik aparatı aya enən zaman sıradan çıxıb

Tarix:

7-09-2019, 17:50

/ 1 398 dəfə oxundu.
Hindistanın kosmik aparatı aya enən zaman sıradan çıxıb

Hindistan komsik aparatının ilk dəfə aya endirilməsinin uğursuz alındığını bildirib.

GunAz.az BBC-ə istinadla xəbər verir ki, bu barədə Hindistanın Kosmik Araşdırmalar Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Hindistanın Çandrayan-1 kosmik aparatı ötən gün ayın səthinə endirilən zaman 2 km hündürlükdə olanda problemlə üzləşib və sıradan çıxıb.

Hindistanın baş naziri Narendra Modi ölkənin Kosmik Araşdırmalar Təşkilatına təşəkkür edib və bu əməliyyatın uğurlu alınana qədər davam edəcəyini bildirib.

Qeyd edək ki, bu əməliyyatın uğurlu olacağı halda Hindistan kosmik aparatlarını aya endirən 4-cü ölkə hesab ediləcəkdi.

Bir neçə ay öncə İsrail də eyni şəkildə kosmik aparatını aya endirən zaman uğursuzluqla üzləşmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ