SON DƏQİQƏ
» » Azərbaycan dünyanın aparıcı ixracatçıları siyahısında, Ermənistan siyahıdan çıxarılıb

Azərbaycan dünyanın aparıcı ixracatçıları siyahısında, Ermənistan siyahıdan çıxarılıb

Tarix:

28-08-2019, 20:04

/ 1 806 dəfə oxundu.
Azərbaycan dünyanın aparıcı ixracatçıları siyahısında, Ermənistan siyahıdan çıxarılıb

Amerikanın "HowMuch" reytinq agentliyi dünyanın ən iri ixrcatçı ölkələrinin siyahısını dərc edib. Siyahıda Azərbaycanın da adı var. Açıqlanan nəticələrin xidmət sahəsinə deyil, əmtəəyə aid olduğu xüsusi vurğulanır. 

Analitiklərin sözlərinə görə, ixrac beynəlxalq ticarətin əsas aspektlərindəndir. Dünya ölkələri resurs və əmtəələrini satışa çıxarmaqla iqtisadiyyatlarını möhkəmləndirirlər.

Dünya iqtisadiyyatında ixrac üzrə liderlik edən ölkələr hansılardır? Əvvəlki kimi birinci yerdə Çin gəlir. 2018-ci ildə ölkə 2,5 trilyon dollarlıq əmttə icrac edib.

ABŞ ikinci yerdədir. Bu ölkə icki və qida da daxil olmaqla ərzaq məshulları, xam neft, mülki təyyarələr, avtoobil hissələri və sənaye texnikası ixrac edir - 1,7 trilyon dollar.

O da qeyd olunur ki, ABŞ və Çin arasında ticarət müharibəsi davam edir və bu da ümumlikdə dünyanın ixracat sahəsinə ciddi təsir göstərə bilər.

Almaniya siyahıda üçüncü (1,6 triluon dollar), Yaponiya dördüncü  (738 milyard dollar) yerdədir. Gözlənilmədən siyahıda beşliyi Niderland tamamlayıb (723 milyard dollar).

Minimal ixrac dövriyyəsi olan ölkələr - Ermənistan və Gürcüstan isə siyahıdan çıxarılıb.

Azərbaycanda illik icrac döviyyəsinin 22 milyard dollar olduğu qeyd edilir. Syahıda aşağıdakı ölkələr də yer alıblar: Rusiya (444 mlrd. dollar), Belarus – 34 mlrd., Qazaxıstan – 61 mlrd., Ukrayna - 47 mlrd., Türkiyə - 168 mlrd., Türkmənistan - 10 mlrd., İran - 108 mlrd., Özbəkistan - 11 mlrd., Latviya – 16 mlrd., Litva - 33 mlrd. və Estoniya – 17 mlrd. dollar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ