SON DƏQİQƏ
» » Netanyahu beynəlxalq ictimaiyyəti İranın İsrailə hücumlarına yol verməməyə çağırıb

Netanyahu beynəlxalq ictimaiyyəti İranın İsrailə hücumlarına yol verməməyə çağırıb

Tarix:

27-08-2019, 08:52

/ 3 361 dəfə oxundu.
Netanyahu beynəlxalq ictimaiyyəti İranın İsrailə hücumlarına yol verməməyə çağırıb

İsrailin baş naziri Binyamin Netanyahu beynəlxalq ictimaiyyətə müraciət edərək, yəhudi dövlətinə hücumları dayandırması üçün İrana qarşı təzyiqləri artırmağa çağırıb.

 “TASS” agentliyi xəbər verir ki, baş nazirin belə bir açıqlamasını onun dəftərxanası yayıb.

“İran İsrailə qarşı qanlı terror hücumları həyata keçirmək üçün geniş cəbhədə addımlar atır. Beynəlxalq ictimaiyyəti bu hücumları dayandırması üçün İrana qarşı təcili tədbirlər görməyə çağırıram”, - Netanyahu belə deyib.

Baş nazir onu da əlavə edib ki, “İsrail öz təhlükəsizliyini istənilən yollarla qorumağa davam edəcək”.

скачать dle 12.1

Şərhlər