SON DƏQİQƏ
» » BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi

BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi

Tarix:

23-08-2019, 09:12

/ 1 316 dəfə oxundu.
BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi

Yəmənin qanuni hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərini ölkənin iri şəhərlərindən birini tutmağa cəhd etdiklərində günahlandırdı.

RİA Novosti” xəbər verir ki, söhbət Şabva vilayətinin mərkəzi Atak şəhərindən gedir.

Hökümətin rəsmi nümayəndəsi Radjix Badi bildirib ki, BƏƏ-nin Şabvadakı komandanlığı bölgədə müharibəni qızışdırmağa çalışır.

“Hərbi qiyamın Şabvaya yayılması ərəb koalisiyasının məqsədlərinə meydan oxumaq deməkdir. Bu Səudiyyə Ərəbistanının sülh cəhdlərinə və vəziyyətin stabilləşməsi istiqamətində atdığı addımlara təhlükə yaradır”.

Yəmən höküməti BƏƏ-ni separatçılara hərbi və maliyyə köməyinin göstərilməsində günahlandırır və ölkənin ərəb koalisiyasından çıxarılmasını istəyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ