SON DƏQİQƏ
» » Qırğızıstanda Atambayevin kanalı müsadirə edilib

Qırğızıstanda Atambayevin kanalı müsadirə edilib

Tarix:

10-08-2019, 21:00

/ 1 320 dəfə oxundu.
Qırğızıstanda Atambayevin kanalı müsadirə edilib

Qırğızıstanda məhkəmə keçmiş prezident Almazbek Atambayevin əmlakının, o cümlədən "Aprel" televiziya kanalı və Media Forum ASC-nin əmlakının müsadirə olunması barədə qərar qəbul edib. 

GunAz.az xəbər verir ki, bu barədə ölkənin Daxili işlər nazirliyi məlumat yayıb. 

Bişkekdəki Media Forumunun binasında Atambayev tərəfindən qurulan Qırğızıstan Sosial Demokrat Partiyasının (SDPK) qərargahı və "Aprel" televiziya kanalının studiyası yerləşir. 

Kanal eks-prezidentin Bişkek yaxınlığındakı Koy-Taş kəndindəki iqamətgahına basqın etməsi ilə bağlı hadisələri işıqlandırıb.

Almazbek Atambayevin vəkili jurnalistlərə açıqlamasında müvəkkilinin korrupsiyada ittiham olunduğunu bildirdi.

скачать dle 12.1

Şərhlər