SON DƏQİQƏ
» » İran xilas üçün kimə zəng edəcəyini bilir - ABŞ

İran xilas üçün kimə zəng edəcəyini bilir - ABŞ

Tarix:

9-08-2019, 11:19

/ 1 262 dəfə oxundu.
İran xilas üçün kimə zəng edəcəyini bilir - ABŞ

İran liderləri ABŞ-la danışıqlar aparmaq istəyirlərsə bilməlidirlər ki, Prezident Donald Tramp onlardan zəng gözləyir.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyib.

“Bizim Ayətullah və Ruhanidən tələbimiz odur ki, onlar regionu necə terrorizə etdiklərini və bunun necə həll edilməsi gərəkdiyini düşünsünlər. Əgər onlar necə davranacaqlarını, dünyaya necə geri dönəcəklərini, sanksiyalardan necə xilas olacaqlarını danışmaq istəyirlərsə, kimə zəng edəcəklərini dəqiq bilirlər. Bu, Donald Trampdır və onların zəngini gözləyir”, - Ortaqus bildirib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər