SON DƏQİQƏ
» » İrəvan çaşbaş qalıb: Bakı ilə sülh əldə olunmasa...

İrəvan çaşbaş qalıb: Bakı ilə sülh əldə olunmasa...

Tarix:

7-08-2019, 16:24

/ 1 766 dəfə oxundu.
İrəvan çaşbaş qalıb: Bakı ilə sülh əldə olunmasa...

Bu gün Ermənistan Xarici İşlər Nazirliyi avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edərkən Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyən və “miatsum” - “birləşmə” şüarından istifadə edən baş nazir Nikol Paşinyanın bəyanatını təkzib etməyə cəhd edib.

GunAz.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı açıqlamasını şərh edərkən deyib. O bildirib ki, məhz bu şüarla erməni milliyyətçiləri 1988-ci ilin fevralında qanlı münaqişəyə başlayıblar:

“Biz Ermənistanda yüksək vəzifəli şəxslərin və dövlət strukturlarının bir-birilərinə zidd fikirlər səsləndirmələrinin ilk dəfə şahidi olmuruq. Belə ki, 2019-cu il martın sonlarında Vyanada yüksək səviyyəli danışıqların nəticəsində Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə dair bəyanatından sonra Müdafiə naziri David Tanoyan Nyu-Yorkda “yeni ərazilər uğrunda yeni müharibə”yə dair bəyanat səsləndirib”.

F.Şəfiyevin sözlərinə görə, ilk gündən Azərbaycanda bilirdilər ki, qondarma “Qarabağ hərəkatı” Azərbaycan torpaqlarının erməni milliyyətçiləri tərəfindən ilhaqı məqsədi ilə başladılmış kampaniyadır:

“Bununla əlaqədar olaraq 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Sovetinin o zamankı parlamenti tərəfindən Dağlıq Qarabağın birləşdiriməsinə dair məşhur fərman imzalandı. SSRİ-nin süqutundan sonra erməni milliyyətçiləri taktikanı bir qədər dəyişdilər və bir tərəfin digər tərəfə ərazi iddiasının beynəlxalq ictimaiyyətdə mənfi reaksiyaya səbəb olacağını düşünərək, özlərinin müstəqillik ideyalarına beynəlxalq müşahidəçilərin rəğbətini qazanmaq məqsədilə beynəlxalq arenaya Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə şüarını buraxdılar. BMT və digər beynəlxalq təşkilatlar isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdılar.

Erməni təbliğatçılarının bütün cəhdləri, o cümədən qondarma “dağlıq qarabağ respublikası”nın “liderləri”nin Avstraliyaya səfəri uğursuzluğa düçar olur. Bu ölkənin Xarici İşlər Nazirliyi yenidən öz bəyanatında Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini ifadə etdi”.

Qurum rəsmisi Ermənistan rəhbərliyinin hərbi təcavüzü legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyini deyib:

“Azərbaycanla sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya bilməməsi təəssüf doğurur. Regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır.

Ermənistan baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür və dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ