SON DƏQİQƏ
» » ABŞ nəhəng gəmisini Çin sahillərinə göndərdi

ABŞ nəhəng gəmisini Çin sahillərinə göndərdi

Tarix:

7-08-2019, 10:33

/ 1 752 dəfə oxundu.
ABŞ nəhəng gəmisini Çin sahillərinə göndərdi

ABŞ Ronald Reyqan təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə göndərib.

GunAz.az xəbər verir ki, bu məlumatı “Hill” nəşri yayıb. Gəminin Spratli adaları yaxınlığında yaranan gərginliklə əlaqədar Cənubi Çin dənizində fəaliyyət aparacağı bildirilib.

Qeyd edək ki, Cənubi Çin dənizində Spratli adaları Çin tərəfindən zəbt edilib. Bu əraziyə Çinlə bərabər Vyetnam və Filippin kimi bölgə dövlətləri də iddia edir. ABŞ isə bölgəyə tez-tez patrul işini həyata keçirmək üçün öz gəmilərini göndərir. Çin bundan öncə dəfələrlə ABŞ-ı öz ərazi sularını pozmaqda ittiham etsə də, ABŞ bununla razılaşmayıb və bu əraziləri beynəlxalq sular adlandırıb.

скачать dle 12.1

Şərhlər